Logo

ADPU YAP GB-nin təşkilatçılığı ilə "Heydər ömrü" adlı elmi konfrans keçirilib

11.05.2021 11:03 516 baxış
IMG

Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (ADPU YAP GB) Riyaziyyat fakültəsi təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər ömrü" adlı elmi konfrans keçirilib.


Konfransda Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, polkovnik Şamil Süleymanov, Azərbaycan Respublikası keçmiş milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları komandanının baş müşaviri, general-mayor, respublikanın əməkdar hüquqşünası Abbasəli Novruzov, ehtiyatda olan polkovnik, Təhlükəsizlik Alyansının üzvü Şücəddin Abdullayev, "Həkəri" qəzetinin redaktoru, "Rəspublika" qəzetinin müxbiri Rauf Allahverdiyev, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov, Riyaziyyat fakültəsinin professor-müəllim heyəti, ADPU YAP GB sədri Tərlan Ağayev və tələbələr iştirak edib. 


Konfransı giriş sözü ilə açan dos. A. Fərəcov konfransın işinə uğurlar arzulayaraq ulu öndər irsinin öyrənilməsinin gənclər üçün önəmini vurğulayıb.


Uzun müddət Ümummilli lider Heydər Əliyevlə birgə işləyən polkovnik Ş. Süleymanov elmi məruzə ilə çıxış edib ümumilli liderlə bağlı xatirələrini bölüşmüşdür. Daha sonra çıxış edən prof. A. Zamanov Heydər Əliyevin həm xüsusi xidmət orqanları, həm də təhsil sahəsi ilə bağlı fəaliyyətlərindən bəhs edərək konfransın hər iki sahənin vəhdətini təşkil etməsi baxımından çox əhəmiyyətli olmasını vurğulamışdır.

Xəbər lenti