Logo

AzTU rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

11.05.2021 20:40 532 baxış
IMG

Rektor Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

 

Hörmətli müəllimlər, əməkdaşlar, əziz tələbələr!

 

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm!

 

Əzəməti hədsiz olan bu mübarək bayram insanlara böyük sevinc bəxş edir.

 

Mərhəmət, xeyirxahlıq, mili-mənəvi birlik, humanizm, şəfqət ayı olan Ramazan səbr, dözüm, yardımsevərliyi aşılayır. Hər il bu bayramda Vətənimizin ərazi bütövlüyünün azad olması üçün etdiyimiz dualar şükür ki, Allah dərgahında qəbul olundu. Bu il biz müqəddəs bayramı qalib ölkə kimi qeyd edirik. İndi qalib ölkə olaraq qarşımızda daha ciddi hədəflər və işlər dayanır. İnanıram ki, builki bayramda da edilən dualar, niyyətlər Tanrı dərgahında qəbul olunacaq və Uca Allah öz mərhəmətini ölkəmizdən əsirgəməyəcək.

 

Bir daha hər birinizi təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzu edirəm!

 

Ramazan bayramınız mübarək!

Xəbər lenti