Logo

ADPU Tələbə Gənclər Təşkilatı "Heydər Yolu" adlı onlayn görüş keçirib

12.05.2021 09:35 750 baxış
IMG

Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Ağdam rayon Heydər Əliyev Mərkəzinin birlikdə təşkilatçılığı ilə onlayn formada "Zoom" platforması üzərindən "Heydər yolu" adlı görüş keçirilib.

 

Görüşdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərov, Ağdam rayon Papravənd kənd Mədəniyyət Evinin müdiri İkrəm Qələndərov, Ağdam rayon Zəngişalı kənd Mədəniyyət Evinin direktoru Fikrət Əliyev, ADPU-nun Filologiya fakültəsinin dekan müavini Zemfira Abbasova və ADPU TGT-nin sədri İsmayıl Nəsirov iştirak edib. 
Görüşdə ADPU TGT-nin sədri İsmayıl Nəsirov və sədr müavini Aytən Əkbərova çıxış etmişdir. 


Qonaqlar müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı çıxışlar etmiş, Ulu Öndərin çoxşaxəli fəaliyyətinin Azərbaycanın müstəqilliyini əldə etməsində həlledici amil olması vurğulanmış və onun bütün istiqamətlər üzrə sarsılmaz iradəsinin bəhrəsi olaraq bugünkü Azərbaycanın möhkəm təməl üzərində ucaldığı qeyd olunmuşdur. Eyni zamanda görüş əsnasında Filologiya fakültəsinin tələbələri Ulu öndərə həsr olunmuş şeirlər də səsləndiriblər.

Xəbər lenti