Logo

Ramazan bayramı ilə bağlı BMU-da növbəti yardım aksiyası keçirilib

13.05.2021 10:46 399 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası Ramazan bayramı ilə bağlı növbəti yardım aksiyası keçirib.

 

Bu dəfəki yardım aksiyasında BMU-da çalışan bir qrup təsərrüfat işçisi, həmçinin Abşeron rayonu ərazisində yaşayan imkansız ailələr yer alıb. Onlara Şura tərəfindən bayram ərəfəsində ərzaq yardımları göstərilib.

 

Universitetin ictimai-sosial həyatında aktiv rol alan BMU-nun Qadınlar Şurası fəaliyyətə başladığı dövrdən etibarən davamlı olaraq müxtəlif xeyriyyə aksiyaları keçirir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti