Logo

Milli Azərbaycan Tarixi Muzeyinə general-mayor Polad Həşimovun şəxsi əşyaları təhvil verilib

22.05.2021 15:12 491 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinə general-mayor Polad Həşimovun şəxsi əşyaları təhvil verilib.

 

Muzeydən bildirilib ki, əşyalar Polad Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə təqdim edilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim - səhra geyim formasından ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub. Bu dəyərli materiallar muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunacaq.

 

Xəbər lenti