Logo

Pandemiya bitdikdən sonra da distant təhsil davam edəcək - EKSPERT AÇIQLADI

22.05.2021 15:17 339 baxış
IMG

Bildiyimiz kimi, artıq bir ildən çoxdur ki, Azərbaycanda koronavirus infeksiyası səbəbindən orta və ali məktəblərdə dərslər distant formada həyata keçirilir. Bəs pandemiya bitdikdən sonra hər hansısa fənlərin distant şəkildə tədrisi olacaqmı?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a açıqlama verib:

 

"2009-cu ildə təhsil haqqında qəbul olunan qanunda distant təhsilin tətbiq olunması nəzərədə tutulurdu.

 

Elə fənlər var ki, müxtəlif səbəblərdən müəllim və ya şagird tədris prosesinə qoşulmadıqda (səhhətində hər hansı bir problem yaransa, fövqəladə vəziyyət baş versə və ya müharibə şəraiti olsa), məsafədən təhsilin təşkili mümkündür.

 

Bu, təhsilin əlçatanlığı, əhatə dairəsinin genişlənməsi üçün tətbiq ediləcək bir üsuldur.

 

Biz postpandemiya dövründə müəyyən fənlərin distant formada tədrsini görəcəyik. Bu, birmənalı şəkildə bizim həyatımızda təhsil alma formasına çevrilib. Pandemiya başa çatandan sonra da bəzi (xüsusi ilə də humanitar) fənlərin onlayn qaydada tədrisini müşahidə edə biləciyik".

Xəbər lenti