Logo

BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

22.05.2021 15:40 456 baxış
IMG

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

 

İclasda 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib.  BDU-da 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılacağı vurğulanıb, COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün müəyyən güzəştlərin tətbiq ediləcəyi haqqında qərar qəbul edilib.

 

Daha sonra iclasda Filologiya və BDU-nun nəzdində Tətbiqi riyaziyyat Elmi-Tədqiqar İnstitutunun 2020-ci il üzrə hesabatları dinlənilib. BDU-da Mükəmməllik Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub.

Xəbər lenti