Logo

Pandemiyanın görünməyən təsiri

22.05.2021 18:02 497 baxış
IMG

Pandemiyanın görünməyən təsiri -1

 

Pandemiya bütün sahələrdə rəqəmsallaşma prosesini əhəmiyyətli dərəcədə sürətləndirdi və yeni texnologiyaların tətbiqi üçün investisiyalar yatırıldı. Bu investisiyalar əsasən müəssisələrin öz fəaliyyətinin, istehsal zəncirinin və təchizat modellərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılmasına yönəldi. Diqqəti çəkən və eyni zamanda narahatlıq doğuran məqam ondan ibarətdir ki, kiçik və orta müəssisələrdən fərqli olaraq gələcəyə hesablanmış bu investisiyalar ancaq iri müəssisələr tərəfindən mümkün oldu. Nəticədə iri şirkətlər daha da “iriləşdi” və yaxud  “iriləşəcəyi” ancaq vaxt məsələsidir. Ona görə də, iri şirkətlərlə kiçik və orta müəssisələrin məhsuladarlığında fərqin, regionlar arasında bərabərsizliyin artacağı, bazar konsentrasiyası güclənməklə inhisarçılıq meyllərinin güclənəcəyi, kiçik və orta biznes yeni çağırışlarla üz-üzə qalacağı ğözləniləndir. Ona görə də kiçik və orta biznesin stimullaşdırılmasına, təşviq edilməsinə, dəstəklənməsi və qorunmasına, bütövlükdə fəaliyyətinin rəqəmsallaşdırılmasına dəstəyin yeni formalarının (“rəqəmsallaşma paketinin”) tətbiqi məqsədəuyğundur.

 

Ədalət Muradov,

UNEC-in rektoru

Xəbər lenti