Logo

TKTA və Qazaxıstanın akkreditasiya təşkilatı arasında anlaşma memorandumu imzalanıb

24.05.2021 12:39 241 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Qazaxıstanın akkreditasiya təşkilatı “Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik -  IQAA” arasında anlaşma memorandumu imzalanıb.

 

Memorandumun əsas məqsədi hər iki ölkənin ali təhsil sahəsində təhsilin keyfiyyətinin artırılması,ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşmasına töhvə verərək bu işdə qarşılıqlı təcrübə, məlumat və ekspert mübadiləsini təmin etmək və eləcə də, müştərək təhsil layihələrinin icrasını təşkil etməkdən ibarətdir.

 

Əməkdaşlıq  Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası  münasibətlərin genişləndirilməsinə xidmət edəcəkdir. Belə ki, keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəkdir.

 

Hər iki Agentlik Avropa Ali Təhsil Məkanının üzv ölkələrini təmsil etməklə keyfiyyət təminatı üzrə fəaliyyətlərini Avropa ali təhsili üzrə standart və təlimatlara uyğun şəkildə təşkil edir.

Xəbər lenti