Logo

BDU-nun Fizika fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib

24.05.2021 14:19 447 baxış

2021-ci il 19 may tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dosenti Paşayev Bəxtiyar Gülmalı oğlunun 2206.01 - “Molekulyar fizika” ixtisasında fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

 

Dissertasiya işi tibbdə geniş tətbiq olunan polietilenqlikolun sulu məhlullarının strukturuna bir sıra kiçik molekullu birləşmələrin təsiri kimi aktual problemə həsr olunub. Dissertasiya işində su-polietilenqlikol-qələvi və su-polietilenqlikol-duz sistemlərində struktur xüsusiyyətləri müxtəlif metodlarla tədqiq olunmuş, müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna bir sıra qələvilərin və duzların təsiri araşdırılmışdır.

 

Məhlulda polimer makromolekulunun hidratlaşma ədədini təyin etmək üçün yeni metod verilmiş və hidratlaşma ədədinin təyininin yeni ifadəsi alınmışdır.

Xəbər lenti