Logo

"Məsləhətli saat" proqramının növbəti buraxılışı yayımlanacaq

24.05.2021 16:39 571 baxış
IMG

25 may saat 19:00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının növbəti buraxılışı yayımlanacaq.  

 

Budəfəki proqramda strateji planlaşdırma haqqında danışılacaq. 

 

Proqram hər həftənin çərşənbə axşamı "T-network"-un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır. 

 

Qeyd edək ki, "Direktorlar klubu"na üzv olmaq istəyən ümumtəhsil məktəb direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9

Xəbər lenti