Logo

Regional koordinatorların seçim mərhələsinin 2-ci turunun nəticələri müəyyən olunub

25.05.2021 12:56 346 baxış
IMG

Nəticələrə əsasən 67 namizəd müsahibə mərhələsində iştirak etməyə haqq qazanıb.

 

Qeyd edək ki, 67 namizədin hər birinə 3-cü mərhələnin tarixləri və şərtlərlə bağlı məlumat elektron məktub vasitəsilə göndərilib. Hər kəsdən elektron ünvanlarının spam bölməsini diqqətlə yoxlamağı tövsiyə olunur.

 

Müsahibə mərhələsini uğurla başa vuracaq namizədlərlə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı, il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master klasslara cəlb olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək olunacaqdır.

Xəbər lenti