Mayın 27-də ADPU Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) 28 may - Respublika Günü münasibətilə "Qafqaz İslam Ordusu və Azərbaycanın qurtuluşu” mövzusunda onlayn seminar təşkil edib.
“Microsoft Teams” platforması üzərindən keçirilən seminarda Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinin gənc tətqiqatçısı, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ, İrəvan və Zəngəzur məsələləri və Vətən müharibəsindəki tarixi zəfərimiz haqqında məlumat verərək tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparıb.
Tədbirdə iştirak edən ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli və ADPU TKİB sədri Taleh Mirzəyev iştirakçıları respublika günü münasibəti ilə təbrik edərək gənclərin bu tip mövzular ətrafında məlumatlılığının önəmini qeyd ediblər.
Seminarda 50 nəfərdən çox tələbə iştirak edib.