Logo

ADNSU-nun futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO

09.05.2024 16:03 178 baxış
IMG

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş daxili futzal turnirinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

Mükafatlandırma mərasimində çıxış edən ADNSU THİK sədri Namiq Gəncəyev universitetin futzal komandasının uğurlarından bəhs edib, qarşıda onları daha böyük nailiyyətlər gözlədiyini bildirib. Sonra o, qalib komanda üzvlərinə mükafatları təqdim edib.

Komanda üzvləri - Kazımlı Pərviz, Həsənov Murad, Əhmədli Nicat, Manafov İbrahim, Dosiyev Cahid, Gülməmmədli Elvin, Əlizadə Nicat I yer, Fərzəliyev Samir, Ələkbərzadə Əli, Bayramov Kənan, Sadıqov Balahüseyn, Məmmədov Ümid, Davudi Orxan, Məmmədnəbiyev Ayxan II yer, Fərzəliyev Xəyal, Qarayev Aqil, Mirzəyev Fərid, Hüseynli Toğrul, Əliyev Aqşin, Həsənov Şəhriyar və Məhərrəmov Amin III yerin qalibi olublar. 

Mükafatlandırılanlar arasında komada hakimləri - Həsənağa Mirzəbəyli, Mirzəağayev Erik, Təşkilatçılar Axundzadə Vuqar və Rəhman Məmmədov da var. Qalib komandalar və təşkilatçılar müvafiq olaraq diplom, sertifikat, medal və kubokla təltif ediliblər.

Xəbər lenti