Logo

MDU-da Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı futzal üzrə çempionat keçirilib - FOTO

09.05.2024 22:02 181 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) İdman-Sağlamlıq Kompleksinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş idmanın futzal növü üzrə çempionat keçirilib.

Bu barədə "Tehsil.biz"ə MDU-dan bildirilib.

Universitetin idman-sağlamlıq kompleksində keçirilən çempionatda MDU-nun Mühəndislik, Təhsil və İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrindən ibarət 9 komanda mübarizə aparıb.

Maraqlı mübarizə şəraitində keçən çempionatda MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbələrindən ibarət komanda I yerin, Təhsil fakültəsinin I kurs tələbələrindən ibarət komanda II yerin və Mühəndislik fakültəsinin III kurs tələbələrindən ibarət komanda III yerin sahibi olub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə futzal ilə yanaşı voleybol və baksetbol idman növləri üzrə də çempionatlar keçirilir.

Qeyd edək ki, MDU-da gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılaraq tələbələrin asudə vaxtları səmərəli təşkil edilir, şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı idman yarışlarına cəlb edilir.

Xəbər lenti