Logo

"AzəriMed" QSC-nin nümayəndələri ADAU tələbələri ilə görüşüb - FOTO

30.04.2024 20:08 170 baxış
IMG

"AzəriMed" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüblər.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşün məqsədi "əczaçılıq" ixtisasının tələbələri ilə “Əczaçı bizim üçün kimdir?” və “Zamanın səmərəli istifadəsi” mövzularında maarifləndirici təlimlərin keçirilməsi olub.

Həmçinin, təlimdə tələbələrə təcrübə proqramlarında iştirak və işlə təmin olunma mövzusunda da məlumatlar verilib.

Sonda təlimdə fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.

Xəbər lenti