Logo

Hərbi attaşelər DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO

01.05.2024 14:41 191 baxış
IMG

Bu ilin təsdiq olunmuş fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DİN DQ) Ali Hərbi Məktəbini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, 18 ölkədən 23 hərbi attaşelik aparatının nümayəndəsinin iştirak etdiyi ziyarətdə məktəbin rəisi general-mayor Elçin Məmmədov qonaqları qəbul etməkdən məmnunluğunu qeyd edib.

Əvvəlcə qonaqlara DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub. Brifinq başa çatdıqdan sonra hərbi attaşelər kursantların dərs prosesini izləyib, məktəbin ərazisində onlar üçün yaradılan şəraitlə tanış olublar.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti