Logo

Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

01.05.2024 17:54 169 baxış
IMG

Nyu-York polisi aprelin 30-da Kolumbiya Universitetində keçirilən tələbə etirazları zamanı təxminən 230 nəfəri həbs edib.

Tehsil.biz xəbər verir ki, CNN teleradio kompaniyası bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Kolumbiya Universitetinə aparan bütün girişləri bağlayıb, sonra isə ali məktəbin yataqxanasında quraşdırılan barrikadaları dağıdaraq onlarla insanı həbs edib. Hazırda nümayişlərin keçirildiyi əraziyə polis qüvvələri cəmlənib.

ABŞ-ın bir çox ali təhsil müəssisəsində, o cümlədən Kolumbiya Universitetində amerikalı tələbələrin İsrailin Qəzza sektorunda keçirdiyi əməliyyatlara və Birləşmiş Ştatların Təl-Əvivə dəstəyinə qarşı etirazları davam edir. “New York Times” qəzeti həmin aksiyaları Vyetnam müharibəsi zamanındakı tələbə etirazları ilə müqayisə edib.

Xəbər lenti