Logo

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

01.05.2024 22:57 177 baxış
IMG

İki il ərzində Avropa kitabxanalarından rus yazıçılarının, ilk növbədə Aleksandr Puşkinin XIX əsrə aid 170-dən çox nadir kitab nəşrləri yoxa çıxıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Avropolun məlumatına istinadən məlumat yayılıb.

İdarənin məlumatına görə, bu işlə bağlı doqquz gürcü saxlanılıb. Onlardan dördü aprelin sonunda Gürcüstanda, üçü isə daha əvvəl Fransa polisi tərəfindən həbs edilmişdi. Bundan başqa, Estoniyada bir nəfər və Litvada bir nəfər saxlanılıb.

Qeyd olunur ki, nəşrlərin bəziləri Moskva və Sankt-Peterburqda keçirilən hərraclarda satılıb. Auropol hesab edir ki, onları geri qaytarmaq faktiki olaraq mümkün olmayacaq.

Xəbər lenti