Logo

Ali məktəblərə qəbul imtahanına abituriyentlərin qeydiyyatı başa çatır

03.05.2024 10:14 162 baxış
IMG

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu sona yaxınlaşır.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, abituriyentlər mayın 6-sı saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Mayın 3-ü saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 26179, II qrup üzrə 21125, III qrup üzrə 22254, IV qrup üzrə isə 5411 abituriyent elektron ərizəsini təsdiq edib.

Xəbər lenti