Logo

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə 1-ci siniflərə qeydiyyat aparılır

03.05.2024 11:04 122 baxış
IMG

Mayın 3-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat prosesinə başlanılır.

Bu barədə "Tehsil.biz"ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, proses 17-dək davam edəcək. Mayın 7-dən 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq.

Həmçinin Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək davam edəcək.

Qeyd edək ki, uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Birinci sinfə elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq isə məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Xəbər lenti