Logo

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI

03.05.2024 11:05 186 baxış
IMG

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyunda, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyunda keçiriləcək.

"Tehsil.biz"in məlumatına görə, bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında qərar qəbul edilib.

Qərara əsasən, bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

Bu il 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Xəbər lenti