Logo

Bahar Muradova: "Bəzən yüngül hadisələr ağır formada təqdim edilir"

03.05.2024 11:33 219 baxış
IMG

"İctimai rəyin formalaşmasında informasiyanın çatdırılması önəmlidir".

Tehsil.biz xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ailə, qadın və uşaq məsələləri çox prinsipial istiqamətdir:

"Bu sahə ilə bağlı məlumatlar xüsusi yanaşma tələb edir. Bəzən yüngül hadisələr ağır formada təqdim edilir. Bu da cəmiyyətə yaxşı təsir göstərmir. Qadın hüquqları məsələsində xəbərin tez çatdırılması ilə işini bitdiyini zənn edən insanlar o qadınların həyatlarını təhlükəyə atırlar. Ona görə də həssas xəbərlərlə əlaqədar mütləq müvafiq qurumlarla əlaqələr yaradılmalıdır".

Xəbər lenti