Logo

Komitə sədri: "Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz"

03.05.2024 11:42 269 baxış
IMG

“İnformasiya cəmiyyəti” termininin müasir sivilizasiyanın izahı üçün istifadə olunması təsadüfi deyil".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

O bildirib ki, müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz:

"Hazırda media sosial təcrübənin əsas ötürücüsüdür. Ona görə də sosiallaşma məsələsində medianın rolu çox mühümdür.

Komitə sədri əlavə edib ki, uşaqların hüquqları ilə bağlı qanunlar müntəzəm olaraq təkmilləşir, amma hələ də həllini gözləyən məsələlər var.

Xəbər lenti