Logo

AzTU-da Abituriyent Məsləhət Mərkəzi yaradılıb

03.05.2024 12:53 196 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyət istiqamətləri ilə bağlı imtahan iştirakçılarına kömək etmək məqsədilə Azərbaycan, Qərbi Kaspi, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Sumqayıt Dövlət universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla məsləhət mərkəzləri fəaliyyət göstərirlər. DİM tərəfindən növbəti Abituriyent Məsləhət Mərkəzi Azərbaycan Texniki Universitetində (Ünvan: H.Cavid prospekti 25, I korpus, otaq 120) yaradılıb.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftəiçi saat 10:00-dan 17:00-dək məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

Xəbər lenti