Logo

Əli Hüseynli: "Dövlətimiz gənclərə böyük dəstək verir"

03.05.2024 14:17 221 baxış
IMG

"Üçüncü ildir təşkil olunan "Prezident Kuboku"na qatılan idmançıların sayında artım var. Bu da qürurverici haldır".

Tehsil.biz xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq turniri barədə danışarkən deyib.

O, bildirib ki, yarışa işğaldan azad olunmuş Suqovuşanda start verilməsi simvolik hadisədir:

"İlk turnirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak etmişdilər. Çox möhtəşəm təşkilatçılıq var idi. İndi də hər şey qaydasındadır".

Ə.Hüseynli "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan avarçəkəni Diana Dımçenkonun uğurunun ölkəmiz adına tarixə hadisə olduğunu vurğulayıb:

"Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın yeni rəhbərliyinin ilk böyük uğurudur. Bu nəticə göstərir ki, ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Dövlətimiz də bu yolda gənclərə böyük dəstək verir".

Qeyd edək ki, "Prezident Kuboku-2024" turnirinə mayın 3-də yekun vurulacaq.

Xəbər lenti