Logo

Nazir: "Medianın cəmiyyətin və dövlətin inkişafında rolu danılmazdır"

03.05.2024 14:31 176 baxış
IMG

"Media vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik".

Tehsil.biz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

Nazir bildirib ki, medianın cəmiyyətin və dövlətin inkişafında rolu danılmazdır:

"Azərbaycanda medianın müasir tələblərə uyğun inkişafı sahəsində ölkə başçısı bütün zəruri addımları atıb. "Media haqqında" qanun media-cəmiyyət, media-dövlət əlaqələrinə dair müddəalar da yer alıb. Bu qanun həm də jurnalistlərin hüquqlarının qorunmasında mühüm rol oynayır. Bu gün MEDİA müxtəlif istiqamətində Azərbaycanda media vasitələrinin obyektiv və səmərəli inkişafına dəstək olur".

Xəbər lenti