Logo

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

03.05.2024 15:07 205 baxış
IMG

Biologiya və coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr ilə tanış ola bilərlər.

Hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.

Xəbər lenti