Logo

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya keçirilib - FOTO

03.05.2024 16:12 167 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu beynəlxalq əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən, Almaniya dövlətinin “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə Azərbaycanda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması ilə bağlı növbəti aksiya keçirib.

Tehsil.biz xəbər verir ki, bu aksiyaya Almaniya, İspaniya və Rusiyadan olan 8 veterinar həkim-cərrah və feldşer assistentləri qatılıb.

Aksiya çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olan mütəxəssislər Baytarlıq təbabəti fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə birlikdə Gəncə şəhəri ərazisində sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması prosesini həyata keçirib. 

Şəhərin heyvan sığınacağı olan “Yuva”dan 70-ə yaxın sahibsiz küçə heyvanı da buraya gətirilərək qısırlaşdırılma və quduzluq peyvəndlənməsi aparılıb.

Xəbər lenti