Logo

DQİDK sədri Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini ilə görüşdü

03.05.2024 16:29 184 baxış
IMG

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov ilə görüşüb. 

Komitənin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, Ramin Məmmədov qonağı ölkəmizin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlət-din modeli, birgəyaşayış mühiti, habelə dinlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətlər barədə məlumatlandırıb.

Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Azərbaycanın gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirdiyini, bu cür təşəbbüslərin bəşəri həmrəyliyə müsbət təsir göstərdiyini vurğulayıb. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Xəbər lenti