Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

03.05.2024 17:09 172 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 3-də Gürcüstan nümayəndə heyəti ilə görüşüb. 

Dövlət Komitəsinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı Azərbaycanla Gürcüstan arasındakı tarixi dostluq əlaqələrinə toxunan DQİDK sədri iki dövlət arasındakı münasibətlərin daha da inkişaf edərək yeni mərhələyə yüksəldiyini bildirib. Ölkəmizdəki sağlam dini mühitin, multikultural birgəyaşayış təcrübəsinin önəmi barədə danışan Dövlət Komitəsinin sədri bu dəyərlərin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda, əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğ edilməsinin vacibliyini vurğulayıb. 

Ramin Məmmədov Gürcüstanda yaşayan soydaşlarımızın milli və dini kimlikləri, eləcə də islami dəyərlərinin qorunması, yaşadılması, habelə bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrinin əhəmiyyətinə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Bütün Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri, eləcə də Gürcüstanın dini-mənəvi mühiti barədə məlumat veriblər. Azərbaycanın müvafiq sahədə fəaliyyət göstərən bütün qurumları ilə əməkdaşlıq və əlaqələrin daha da güclənəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti