Logo

DQİDK sədri Albaniyalı akademiklə görüşüb

03.05.2024 17:36 178 baxış
IMG

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü, akademik Arben Ramkaj ilə görüşüb.

Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, Ramin Məmmədov ölkəmizdə dinlərarası harmoniya, multikultural və tolerant dəyərlərə verilən önəmdən, dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dünyəvi dövlət olan Azərbaycanın dini konfessiyalara münasibətində bərabərlik prinsipi mütləq mənada qorunur. Ölkəmizin bu sahədə tarixi təcrübəyə malik olmasına diqqəti çəkən komitə sədri Azərbaycanda müxtəlif dini, etnik qrupların birgəyaşayış mühitinin sağlam təməllər üzərində qurulduğunu diqqətə çatdırıb.

Təmsil etdiyi qurum barədə məlumat verən Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü Arben Ramkaj ölkəmizdə müşahidə etdiyi nümunəvi dini mühitə görə məmnunluğunu ifadə edib.

Görüşün sonunda qonağı maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti