Logo

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş olub - FOTO

03.05.2024 18:17 151 baxış
IMG

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor Elçin Babayev regional direktora son dövrlərdə universitetdə müxtəlif reytinqlərdə irəliləmə sahəsində görülən işlərə dair geniş məlumat verib. Görüş zamanı BDU-nun QS-nin müxtəlif kateqoriyalar üzrə reytinqində uğurundan bəhs olunub, mövcud və gələcək əməkdaşlıq məsələləri, o cümlədən QS reytinqi ilə bağlı müvafiq göstəricilərin inkişaf etdirilməsi imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda regional direktor BDU-nun QS reytinqində əldə etdiyi uğurlar üçün hazırlanmış hədiyyəni rektora təqdim edib.

Xəbər lenti