Logo

Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

03.05.2024 18:59 156 baxış
IMG

Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Elmi şuranın sədri, institutun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Elmi şuranın tərkibində edilən dəyişiklik barədə danışıb, gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Daha sonra institutun Elmi katibi professor Akif Abbasov gündəlikdəki ilk məsələ – İnstituta fəlsəfə və elmlər doktoru proqramı üzrə qəbul olunan doktorant və dissertantların tədqiqat mövzuları (bəzi redaktələrlə), elmi rəhbərləri və elmi məsləhətçiləri barədə məlumat verib. Qərar səsə qoyularaq yekdilliklə qəbul olunub.

İnstitutun direktor müavini İlham Cavadov elmi müəssisənin əməkdaşları tərəfindən hazırlanmış ixtisasartırma proqramları, 2022-2023-cü illərdə institutda aparılmış tədqiqat işlərinin nəticələri ilə bağlı nəşri nəzərdə tutulmuş əsərlər barədə məlumat verib. Məlumat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər bildirilib, nəşri nəzərdə tutulmuş əsərlərə qrif verilməsinin məqsədəuyğun olduğu qeyd edilib. İnstitut əməkdaşları tərəfindən hazırlanmış və müəlliflərin öz hesabına nəşri nəzərdə tutulmuş əsərlərə qrif verilməsinə də qərar verilib.

Xəbər lenti