Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

03.05.2024 19:27 216 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsili proqramı çərçivəsində regional səviyyədə proqramın gedişatının öyrənilməsi, mövcud çətinliklərin və imkanların müzakirəsi, rəy və təkliflərin alınması məqsədilə dəyirmi masa təşkil edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, görüşdə Qax, Şəki, İsmayıllı və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrindən direktor, direktor müavini, istehsalat təlimi ustası, ixtisas fənn müəllimi və qabaqcıl işəgötürən müəssisələrdən mentorlar iştirak ediblər. Qrup işi formatında aparılan müzakirələr zamanı iştirakçılar proqramın təşkili və gedişatında mühüm hesab olunan məsələrə toxunub, mövcud çətinliklər və imkanlar barədə fikir mübadiləsi aparıblar.

2023-2024-cü tədris ili üzrə dual təhsil proqramı 20 peşə məktəbində ümumilikdə 48 qrupu əhatə edir. Proqram çərçivəsində 800-dən çox tələbə təhsil alır. Ümumilikdə 12 regionu (Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Lənkəran, Şəki, İsmayıllı, Cəlilabad, Neftçala, Qax, Kürdəmir, Göygöl) əhatə edən proqrama 100 işəgötürən tərəfdaş şirkət dəstək verir. Sənaye, turizm, xidmət, kənd təsərrüfatı, İKT kimi müxtəlif sahələri əhatə edən proqram 22 ixtisasda tətbiq olunur.

Dual təhsil sistemi tələbənin tədris ili boyunca peşə məktəblərində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktik bacarıqlar əldə etməsini təmin edən təhsil proqramıdır. Proqramın tətbiqində və genişləndirilməsində əsas məqsəd tərəfdaş nümayəndələr ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin öz kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

 

Xəbər lenti