Logo

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

03.05.2024 21:34 152 baxış
IMG

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər.

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrindən toplanmış “Artemisia szowitziana” və “Artemisia fragrans” növlərinin 10 genotipinin filogenetik əlaqələri və genetik quruluşu RAPD praymerləri vasitəsilə tədqiq edilib.

Bununla bağlı Botanika İnstitutu alimlərinin həmmüəllifi olduqları “Azərbaycanda yayılmış Artemisia cinsi növlərinin genetik quruluşu və molekulyar analizi” adlı məqalə “International Journal of Secondary Metabolite” (TÜBİTAK) jurnalında dərc olunub. Məqalənin müəllifləri Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva, bu müəssisənin elmi işçisi Nərmin Sadıqova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi dosent Ələmdar Məmmədov, aparıcı elmi işçisi Zərifə Süleymanova və Xəzər Universitetinin Həyat Elmləri departamentinin dosenti Cavid Ocağidir.

Əldə edilən nəticələrə əsasən demək olar ki, Azərbaycanda yayılmış “Artemisia szowitziana” (1-2 və 4-6 nümunə) ilə “Artemisia fragrans” (3,5,7 və 8,9, 10 nümunə) populyasiyaları arasında molekulyar səviyyədə geniş müxtəliflik mövcuddur.

“International Journal of Secondary Metabolite” jurnalı “Scopus”, TR Dizin, DOAJ, “CrossRef” elmi bazalarında indeksləşdirilib.

Xəbər lenti