Logo

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb - FOTO

03.05.2024 22:39 327 baxış
IMG

Bu gün Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Finalda 12 komanda iştirak edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Təlimə Dəstək Mərkəzinin direktoru Anar Mustafazadə və mərkəzin metodisti Qılman Eyvazov yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra çağırışaqədərki hazırlıq fənni üzrə 10-cu sinfin tədris proqramı əhatə olunmaqla hərbi sahəyə dair məntiqə əsaslanan, gəncləri düşündürməyi bacaran, gələcək həyatlarında onlara lazım olacaq bilikləri özündə əks etdirən 25 sual təqdim edilib və yarışın qalibləri müəyyən olunub.

1-ci yeri 80 nömrəli tam orta məktəbin, 2-ci yeri 220 nömrəli məktəb-liseyin, 3-cü yeri isə 55 nömrəli tam orta məktəbin komandaları tutublar.
Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar.

Yarışın bağlanış mərasimində çıxış edən Füzuli İsmayılov Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunması, təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə belə platformaların əhəmiyyəti barədə məlumat verib.

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb

Xəbər lenti