Logo

"Puççiniyə ithaf" adlı konsert olub - FOTO

03.05.2024 23:20 164 baxış
IMG

Mayın 3-də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində italyan bəstəkar Cakomo Puççininin vəfatının 100-cü ildönümünə həsr edilmiş "Puççiniyə ithaf" adlı konsert olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə görkəmli bəstəkarın Cüzeppe Cakozanın librettosu əsasında yazdığı "Bohema" operası nümayiş olunub.

Əsərin orkestr və musiqi tərtibatçısı Aleksandr Krampe, səhnə tərtibatçısı Qrişa Asaqarov, musiqi rəhbəri və dirijoru isə Alberto Veronesidir.

"La Scala" Akademiyasının solistləri Fiorentina Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər.

Xatırladaq ki, “Bohema” Cakomo Puççininin Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 4 pərdəli operadır. Cakomo Puççininin on iki operasından dördüncüsü sayılır. Librettosu Anri Mürjrnin "Bohemanın həyatından səhnələr" əsəri əsasında yazılıb. Əsərin ilk premyerası 1896-cı ildə dirijor Arturo Toskanininin müşayiətində Turində olub.

Xəbər lenti