Logo

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək - FOTO

04.05.2024 09:36 182 baxış
IMG

Linkoln tarix festivalı çərçivəsində dünyaca məşhur nadir tapıntı olan Roma dodekaedri (onikibucaqlı) nümayiş etdiriləcək.

Tehsil.biz Linkolnşir qraflığı şurasının rəsmi saytına istinadən xəbər verir ki, III və ya IV əsrə aid edilən bu maraqlı tapıntı – mis ərintidən hazırlanan 12 bucaqlı oyuq artefakt Linkoln yaxınlığında Norton-Disneydə 2023-cü ilin yayında həvəskar arxeoloji qazıntılar zamanı aşkarlanıb, 2024-cü ilin yanvarında bu barədə ictimaiyyətə açıqlama verilib.

Bu, Böyük Britaniyada aşkarlanan 33 belə dodekaedrdən biri, Midlendsdə isə birincisidir. Üstəlik ən iri nüsxədən biridir. Onun hündürlüyü təxminən 8 santimetr, çəkisi isə 245 qram təşkil edir.

Başqa nümunələrin əksəriyyəti zədələnmiş və ya franqmentlərlə tapıldığı halda Norton-Disney dodekaedri bütövdür və 1700 illik qazıntıdan sonra çox gözəl vəziyyətdədir.

Ziyarətçilər arxeoloji qalereyada Roma cəvahiratları ilə də tanış ola bilərlər.

Festival çərçivəsində açılacaq sərgi mayın 4-dən sentyabrın əvvəllərinədək fəaliyyət göstərəcək.

Xəbər lenti