Logo

Fernando Lottenberq: "Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir"

04.05.2024 12:04 171 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Yəhudi Mədəniyyəti üzrə Memorial Fondun İcraiyyə Komitəsinin sədri Fernando Lottenberq ilə görüşüb.

DQİDK-dən "Tehsil.biz"ə bildirilib ki, komitə sədri Azərbaycanda dövlət səviyyəsində tolerantlıq və multikulturalizm ənənələrinin inkişafına, o cümlədən İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərin mənsublarına göstərilən hərtərəfli diqqət və dəstəkdən bəhs edib.

R.Məmmədov Azərbaycanda 8 yəhudi icmasının dövlət qeydiyyatına alındığını, habelə sinaqoq və məktəblərin fəaliyyət göstərdiyini bildirib.

Fernando Lottenberq ölkəmizin multikulturalizm strategiyasının dünyada böyük maraqla qarşılandığını diqqətə çatdıraraq respublikada əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasına göstərilən qayğını xüsusi vurğulayıb. O, ölkəmizdə yəhudi icmasının nümayəndələrinə göstərilən səmimi münasibəti, eləcə də heç vaxt antisemitizm hadisəsinin baş verməməsini Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri kimi məmnunluq hissi ilə qeyd edib.

Xəbər lenti