Logo

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

04.05.2024 13:34 219 baxış
IMG

Mayın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti rəqəmsal SAT imtahanı keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 94 nəfər iştirak edib.

Növbəti imtahanın 2024-cü il iyunun 1-də keçirilməsi nəzərdə tutulur.

Rəqəmsal SAT imtahanı barədə ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Əlavə sual yarandığı halda [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

Xəbər lenti