Logo

Bernard Hill vəfat etdi

05.05.2024 20:29 142 baxış
IMG

“Titanik” (1997) və “Üzüklərin hökmdarı” film trilogiyasındakı rolları ilə tanınan aktyor Bernard Hill 79 yaşında vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Aktyorun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Hill yarım əsrdən çox vaxtını televiziya, kino və teatrda keçirib. O, tamaşaçılara ilk növbədə Piter Ceksonun “Üzüklərin hökmdarı” filminin ikinci və üçüncü hissələrində Rohan Kralı Teoden rolu, eləcə də Ceyms Kemeronun mükafata layiq görülən filmində “Titanik”in kapitanı Edvard Smit rolu ilə tanışdır.

Xəbər lenti