Logo

İstənilən hədəfə çatmaq üçün universal metodlar - MARAQLI

03.12.2020 10:39 500 baxış
IMG

Bunun üçün iki şey lazımdır – yaxşı plan və cəsarət.

 

Başlamazdan əvvəl bunları bilməlisiniz:

 

1. Elə şeylər var ki, onlar əldə edilə bilməz və ya onları əldə etməyə ehtiyac yoxdur. Rok-ulduzu olmaq, bütün şəhəri gəzib məhz o dondurmanı almaq – bütün bunları xəyal etmək daha xoşdur, nəinki real həyatda yaşamaq.

 

2. Bəzən istəkləriniz sizə məxsus deyil, sadəcə bunu bilmirsiniz. Məsələn, uğurlu bir vəkil olmaq istədiyinizi düşünürsünüz, əslində isə atanızın sizinlə qürur duymasına ehtiyacınız var. Və ya işləmək istəmədiyini hiss edirsiniz, həqiqətdə isə müdirinizdən uzaq durmaq istəyirsiniz.

 

3. Məqsədinizə çatmaq üçün göstərdiyiniz səylər sizi gözlədiyiniz məmnuniyyətlə təmin etməyə bilər. Ümumiyyətlə, xəyalınız gerçək olanda böyük sevinc hissi etməyəcəksiniz. Biz istəklərin yerinə yetirilməsindən duyduğumuz xoşbəxtliyin həm miqdarını, həm də müddətini olduğundan yüksək qiymətləndiririk.

 

Beləliklə, arzularınızı reallaşdırmağa başlamazdan əvvəl bu nüansları düşünün. Əks təqdirdə, bir neçə ili və ya hətta həyatı boşa verdiyiniz ortaya çıxa bilər.

 

Məqsədlərə çatmaq üçün nə lazımdır?

 

Nə istədiyinizi müəyyənləşdirin

 

Çox vaxt nə istədiyimizi bilmirik. Adətən istəklər narazılıqdan yaranır və belə səslənir: “Nə istədiyimi bilmirəm, amma dəqiq olaraq bu deyil”. Daha konkret olun. Həqiqətən biznes qurmaq istəyirsiniz, yoxsa sadəcə işinizdən bezmisiniz? Həqiqətən idmançı olmağı xəyal edirsiniz, yoxsa sadəcə sağlam və enerji ilə dolu olmaq istəyirsiniz?

 

Bir sözlə, siz nə istədiyinizi bilməlisiniz. Təsəvvür edin ki, hədəfinizə artıq çatmısınız. Bunun təkcə müsbət deyil, eyni zamanda mənfi tərəflərini də qiymətləndirin (onlar həmişə var). Nə hiss edirsiniz?

 

Bir-birinə zidd olan istəkləri aradan qaldırın

 

“Yaxşı fiziki formada olmaq istəyirəm, amma idmana nifrət edirəm”. Bəzən hədəf yerinə yetirilməmiş olaraq qalır, çünki ağlınızda ona zidd olan fikirlər var. Məsələn, yaxşı fiziki formanı və oturaq həyat tərzini götürək. Passiv olmaq və idman etməmək də sizin seçiminizdir. O sizə məqsədə çatmağa mane olur.

 

Unutmayın ki, bütün əks istəklər rahatlıq zonasını tərk etmək istəməməkdən qaynaqlanır: məşq, yeni iş və ya hobbi.

 

Hədəfə çatmaq üçün nələri etməli olduğunuzu düşünün. Bir-birinə zidd olan istəklərin olub-olmamasını yoxlayın.

 

Başqa insanların sizin qoyduğunuz hədəfə necə nail olduqlarını öyrənin

 

Çətin ki, əvvəllər heç kimin bacara bilmədiyi bir şey əldə etmək istəyirsiniz. Belə ki, məqsədlərinizə çatmaq üçün başqalarının təcrübəsindən istifadə edin. Bunun üçün internetdə axtarış aparın. Əgər insan avtobioqrafiya və ya tövsiyələr kitabını yazıbsa, onlardan da istifadə edin.

 

Yaxşı bir plan qurun

 

Aldığınız məsləhətlər əsasında yaxşı bir plan qurun. Təsəvvür edin ki, məğlub olmaqdan qorxmursunuz və misilsiz iradə gücünə sahibsiniz – heç nə sizi dayandıra bilməz.

 

Qeyri-müəyyənlikdən çəkinməyin, diskomfort hiss etməkdən qorxmayın və bütün arzularınız yerinə yetəcək!

 

Zərurət olduqda, planınıza düzəlişlər edin

 

Deməli, planınız artıq hazırdır. Və siz onu reallaşdırmağa başlamısınız. Əgər irəlilədiyinizi görürsünüzsə, onda heç bir problem yoxdur – davam edin. Yox, əgər nəyinsə yolunda getmədiyini hiss edirsinizsə, özünüzə aşağıdakı sualları verin:

 

1. Plana uyğun hərəkət edirəm?

 

2. Bəlkə planın daha az əhəmiyyət kəsb edən hissəsinə dəyişikliklər edə bilərəm?

 

3. İndiki təcrübəmi nəzərə alaraq, başqa bir plana ehtiyacın olduğunu söyləyə bilərəm?

 

4. Məqsədimin mümkünsüz olduğunu hesab edirəm?

 

Bir qayda olaraq, bütün çətinliklər və problemlər digər insanların da həyatında baş verib. Buna görə də ruhdan düşməyin və irəliləməyə davam edin.

Xəbər lenti