Logo

2020-ci ilin noyabrı meteoroloji müşahidələr tarixinin ən istisi kimi qeydə alınıb

08.12.2020 09:09 499 baxış
IMG

Cari ilin noyabr ayı ötən ilin temperatur maksimumunu qıraraq yeni dünya rekorduna imza atıb.

 

Tehsil.biz-in  məlumatına görə, bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” fəza proqramının materiallarında deyilir.

 

“Qlobal miqyasda 2020-ci ilin noyabr ayı meteoroloji müşahidələr tarixinin ən isti noyabrı oldu”, - deyə məlumatda bildirilir.

 

Mütəxəssislərin fikrincə, bu ay 1981-ci ildən 2010-cu ilədək noyabr aylarında orta göstəricidən 0,77 dərəcə isti olub. Bu il temperatur əvvəlki rekordların qeydə alındığı 2016 və 2019-cu ilin noyabr aylarına nisbətən 0,13 dərəcə yüksək olub.

 

Noyabr ayı üçün anormal yüksək temperatur Sibirdə, Şimal Buzlu Okeanda, Alyaskada və Kanadanın şimal-qərbində qeydə alınıb.

 

Tibet Yaylası və Şərqi Antarktida arasında göstəricilər də orta səviyyədən yüksək olub.

Xəbər lenti