Logo

ASAPES tələbələri üçün ComplexCore+ seminarları davam edir

07.04.2022 12:58 498 baxış
IMG

“ComplexCore+” şirkətinin icraçı direktoru Roman Yahodanın aprelin 4-dən etibarən ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan tələbələri üçün təhsil proqramına uyğun olaraq müxtəlif seminarlar həyata keçirilir. 

Tehsil.biz xəbər verir ki, aprelin 6-da ASAPES-in akt zalında “Əzələ funksiyasının müayinəsi və müalicəsi” mövzusu üzrə seminar təşkil edilib.

Seminar nəzəri və praktiki hissədən ibarət olub.

Xəbər lenti