Logo

UTECA basketbolçuları şəhər birinciliyinin qalibi olub

08.04.2022 14:04 419 baxış
IMG

Gəncə şəhər Gənclər və idman Baş idarəsinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş silsilə yarşlar çərçivəsində basketbol üzrə oğlanlar arasında ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin birinciliyi keçirilib. 

Tehsil.biz xəbər verir ki, dairəvi sistem üzrə keçirilən şəhər spartakiadasında 4 komanda iştirak edib. Azərbaycan Texnologiya Universitetinin tələbələri ilk oyun günündə Gəncə Dövlət Regional Kollecinin basketbolçuları üzərində 28:20 hesabı ilə qalib gəlib. UTECA basketbolçuları 2-ci görüşdə Gəncə Dövlət Universitetinin komandasını 35:28 hesabı ilə məğlub edib. 

Sonuncu həlledici qarşılaşmada isə UTECA komandası Azərbayac Dövlət Aqrar Universitetinin tələbələri ilə üz üzə gəlib. Son saniyələrədək gərgin keçən oyunda basketbolçularımız 43:39 hesabı ilə əzmkar qələbə qazanaraq 1-ci yerə çıxıblar. Komandanı yarışa Azərbaycan Respublikasının əməkdar məşqçisi Elçin Süleymanov və məşqçi Fariz Əliyev hazırlayıb.

Xəbər lenti