Logo

Koordinasiyalı fəaliyyətin formalaşdırılmasına dəstək proqramının açılış mərasimi keçirilib

10.04.2022 19:05 393 baxış
IMG

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “ON1000” - Tələbə Gənclər Təşkilatlarının təhsil müəssisəsi daxili fəaliyyətlərinin stimullaşdırılması, institusional baza və koordinasiyalı fəaliyyətin formalaşdırılmasına dəstək proqramının açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək proqramın əhəmiyyəti və yaxın aylar ərzində tələbələrə verəcəyi töhfələr haqqında fikirlərini bölüşüblər.
 
Daha sonra proqramın missiya və hədəfləri, fəaliyyət planı və intensivliyi haqqında ətraflı məlumat verilib.

Xəbər lenti