Logo

Təhsil Respublika İdman Mərkəzində boks üzrə respublika birinciliyi keçirilib

13.04.2022 12:33 507 baxış
IMG

"Təhsil” Respublika İdman Mərkəzində 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında boks üzrə respublika birinciliyi keçirilib.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 16 komanda olmaqla, 196 nəfər idmançı qatılıb.

Yarışın nəticəsinə əsasən 18 çəki dərəcəsi üzrə mükafatçılar müəyyən edilib. Ümumi hesabda Sumqayıt şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi I yeri, 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi II yeri, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.

Xəbər lenti