Logo

Sumqayıtda "Şahin" hərbi-idman oyununun şəhər birinciliyi keçirilib

16.04.2022 20:39 467 baxış
IMG

Aprelin 15-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın idman meydançasında "Şahin" hərbi-idman oyununun şəhər birinciliyi keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib

Ümumilikdə 12 ümumtəhsil müəssisəsinin mübarizə apardığı şəhər birinciliyini giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Müzəffər Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən danışmış, “Şahin” hərbi-idman oyununun gənclərin və yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində, o cümlədən, hərbi xidmətə həvəsləndirilməsində və ordu sıralarına hazırlığında önəmli rolu olduğunu qeyd edib.

Daha sonra çıxış edən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov ölkəmizdə, eləcə də şəhərimizdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyətindən bəhs etmiş, birincilikdə iştirak edən komandalara uğurlar arzu edib.

Gərgin və maraqlı keçən yarışın sonunda Təbiət Elmləri Təmayüllü Gimnaziya l , İnternat tipli gimnaziya II , 5 və 17 nömrəli tam orta məktəbin komandaları isə bərabər bal toplayaraq lll yerə layiq görülüb.

Xəbər lenti