Logo

Paytaxtın 307 məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir

08.06.2022 15:39 388 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya”lar fəaliyyət göstərir.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, 2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub.

Bakı şəhəri üzrə “Kiçik Akademiya”ların saytı da yaradılıb.

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Xəbər lenti